Helikopter qəzası ilə bağlı daha bir rəsmi açıqlama

Helikopter qəzası ilə bağlı daha bir rəsmi açıqlama

Baş Prokurorluq Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopteri ilə bağlı açıqlama verib.

NOCOMMENT xəbər verir ki, Baş Prokurorun böyük köməkçisi Mahir Abbasov qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə baş verən kimi istintaq qrupu dərhal hadisə yerinə gedib: “Burada hər hansı təxribat və kənar müdaxilə yoxdur. Araşdırma və ekspertiza rəylərindən sonra hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.