"Adını kişi qoymusan, gəl məhkəməyə" - Mətanətin keçmiş gəlini (VİDEO)

"Adını kişi qoymusan, gəl məhkəməyə" - Mətanətin keçmiş gəlini (VİDEO)

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana teleaparıcı Saleh Bağırovu məhkəməyə verib.

NOCOMMENT.az xəbər verir ki, dünən baş tutmalı olan prosesdə teleaparıcı iştirak etməyib.

Bu barədə Canana paylaşım edib.

""Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır! Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər! Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ila görünmasin heç yerdə va yerini bilsin! Olduqca təhlükəli va əxlaqdan bixəbər nümunədir qızlara".

Saleh, bu sözləri yazarkən bir düşünərdin bunun 3 övladı var. Adını kişi qoymusan, gəl məhkəməyə dediyin sözlərin arxasında dur. Sən Salehsənsə, mən də Cananayam".

Xatırladaq ki, bu ilin mayında müğənni Canananın məclislərin birində Mətanət İsgəndərliyə yaxınlaşması, onunla videolar çəkərək “qayınanam” deyə paylaşması müzakirələrə səbəb olmuşdu. İzləyicilərin bir qismi onun bu addımını tənqid edib.

Tənqid edənlər arasında teleaparıcı Saleh Bağırov da yer alıb. O, paylaşımın şərh bölməsində Canananın ünvanına sərt fikirlər səsləndirib./Unikal