Hərbçimiz faciəvi şəkildə həlak oldu

Hərbçimiz faciəvi şəkildə həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Şahin Şəmisəddin oğlu Hüseynov məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə NOCOMMENT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – nazirlikdən bildirilib.