“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQ) İçərişəhər ərazisində yerləşən restoranlardan birində liftin qırılması barədə məlumatları təkzib edib.
İdarənin Mətbuat Xidmətindən NOCOMMENT.az-a daxil olan açıqlamada bildirilib ki, 5 aprel 2022-ci il tarixində İçərişəhər ərazisində yerləşən restoranların birində liftin qırılması haqda məlumatlar həqiqəti əks etdirmir.
“İçərişəhər ərazində belə bir hadisə baş verməyib” , – deyə məlumatda qeyd olunub.











