İcra başçısı özünə yeni müavin təyin edib

İcra başçısı özünə yeni müavin təyin edib

Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.

Belə ki, başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.

O, bundan öncə böyük məsləhətçi – yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.

Qeyd edək ki, başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.