İistirahətə gedən yeniyetmə dağdan yıxılaraq ölüb

İistirahətə gedən yeniyetmə dağdan yıxılaraq ölüb

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-də saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.