İmtahan tarixlərində dəyişiklik olacaqmı? – DİM açıqladı

İmtahan tarixlərində dəyişiklik olacaqmı? – DİM açıqladı

Məlum olduğu kimi ötən gün Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Martın 5-də şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək 5 mart iş günü, 6, 7, 8 mart tarixləri isə qeyri-iş günləri hesab edilir.

Bəs bu halda 5-6 mart tarixlərinə təyin olunan buraxılış imtahanlarının vaxtı dəyişdiriləcəkmi?

NOCOMMENT xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən teleqraf-a bildirilib ki, imtahanların qrafikində dəyişiklik yoxdur.

Buraxılış imtahanlarının elan olunmuş qrafik üzrə – martın 5-də və 6-da keçirilməsi nəzərdə tutulur.