Keçmiş mətbuat katibi vəfat etdi

Keçmiş mətbuat katibi vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib.

NOCOMMENT lent.az-a istinadən məlumat verir ki, T.Məmmədova bu gün Yasamal qəbiristanlığında dəfn olunub.

Onun qan təzyiqindən əziyyət çəkdiyi bildirilib. Uzun müddət idi, müalicə olunurdu.

Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib.