Kiflənmiş kolbasa iddiası: “Oba market” görüntüləri təkzib edir – VİDEO

Kiflənmiş kolbasa iddiası: “Oba market” görüntüləri təkzib edir – VİDEO

Bakıda bir vətəndaş “Oba Market” mağazalar şəbəkəsindən “Rosko” firmasına məxsus kolbasa məhsulu aldığını və məhsulun istifadə müddətinin bitməsinə hələ vaxt qalmasına baxmayaraq kifləndiyini iddia edib.

NOCOMMENT.az xəbər verir ki, vətəndaş sözügedən məhsulun görüntülərini paylaşaraq digər istehlakçıları qida məhsulları alarkən diqqətli olmağa çağırıb.

İddialarla bağlı “Oba Market”dən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər reallığı əks etdirmir. Market nümayəndələrinin sözlərinə görə, mağazalarda satışa çıxarılan məhsullar müvafiq saxlanma şəraitində qorunur və keyfiyyətə nəzarət mütəmadi həyata keçirilir.