Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misli Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.
“Ailədə indiyə qədər münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb”, – deyə DİN-dən bildirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.











