Köməksiz vəziyyətə qalan azyaşlılar xilas edildi

Köməksiz vəziyyətə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

NOCOMMENT.az nazirliyin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib.

Uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.