Koronavirus STATİSTİKASI: Aktiv xəstə sayı artmaqdadır

Koronavirus STATİSTİKASI: Aktiv xəstə sayı artmaqdadır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 662 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 383 nəfərdir.

Ölkədə son sutka ərzində 1 591, hazırkı dövrədək isə 6 987 669 test aparılıb.