Koronavirus STATİSTİKASI: Gündəlik yoluxma sayı minin altına düşdü

Koronavirus STATİSTİKASI: Gündəlik yoluxma sayı minin altına düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 041 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, bu günə qədər isə ümumilikdə 5 694 341 test icra olunub.