Küçədə “salfetka” satan 14 yaşlı qız itkin DÜŞDÜ

Küçədə “salfetka” satan 14 yaşlı qız itkin DÜŞDÜ

Bakıda 14 yaşlı qız itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə aprelin 22-də Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Məryəm Bukavadze İsmayıl qızı yaşadığı Əmircan qəsəbəsi, 2-ci mədən küçəsi ev 8 ünvanından çıxaraq itkin düşüb.

Məlumata görə, 14 yaşlı qız küçələrdə “salfetka” satışı ilə məşğul olub.

Hazırda Suraxanı RPİ-nin 31-ci PB-də araşdırma aparılır./Kriminalqafqaz/