“Ləzzət” firmasına məxsus doğranmış qəndlə bağlı şikayət yayılıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Hacı Hüseynov adlı şəxsin bildirdiyinə görə, məhsulun içərisindən metal parçası aşkarlanıb.
Onun sözlərinə görə, qəndin içindəki metal maqnitə yapışıb:
“Qənd alarkən bir daha yaxşı düşünün, hansı firmanın məhsulu olduğuna fikir verin”, – deyə vətəndaş qeyd edib.











