Magistraturaya qəbul imtahanının vaxtı məlum olub

Magistraturaya qəbul imtahanının vaxtı məlum olub

Dövlət İmtahan Mərkəzi gələn il üçün magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, magistratura səviyyəsi üzrə I mərhələ üçün qəbul imtahanının fevralın 20-də keçirilməsi planlaşdırılır.

Fevral ayında həmçinin peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının da keçirilməsi nəzərdə tutulub. Şagirdlər fevralın 27-də imtahan verəcəklər.