Mebel salonundan içərisində pul olan seyf oğurlanıb

Mebel salonundan içərisində pul olan seyf oğurlanıb

Bakıda mebel salonundan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1 500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.