Məhkəmə Vilyam Hacıyevin vəkilinin vəsatətini təmin edib

Məhkəmə Vilyam Hacıyevin vəkilinin vəsatətini təmin edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

NOCOMMENT-in xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.

O, təkrar ekspertizanın keçirilməsini istəyib: “Bu, araşdırılmalıdır və mütəxəssislər məhkəməyə dəvət edilməlidir”.

Məhkəmə vəkilin vəsatətini təmin edib.

Məhkəmənin növbəti iclası iyulun 1-də baş tutacaq.