Məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbi açıqlandı

Məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbi açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, İdarə müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında istiliklə bağlı problemin məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir etdiyini deyib.

O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir: “İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər də isti məktəblərdə təhsilllərini davam etdirə biləcəklər”.