Məktəblərin istilik təchizatı ilə bağlı işə başlanılıb

Məktəblərin istilik təchizatı ilə bağlı işə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda yerləşən orta məktəblərin istilik təchizatı ilə bağlı işlərə başlayıb.

NOCOMMENT bildirir ki, bu barədə İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, aidiyyəti qurumlarla problemlərin həllinə yönəlik görüş keçirilib: “Hazırda test rejiminə uyğun olaraq məktəblərə qaz verilib. Hesab edirik ki, istiliklə bağlı proses düzgün nizamlanacaq və şagirdlər isti mühitdə təhsillərini davam etdirə biləcəklər”.