Məktəblinin qaçırılması ilə bağlı cinayət işi açıldı

Məktəblinin qaçırılması ilə bağlı cinayət işi açıldı

Beyləqan rayonu Qaralılar kəndindən 14 yaşlı məktəbli qızın qaçırılması ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.

Qeyd edək ki, rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A. olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.