Məşhur müğənninin gömrükçü qardaşı işdən çıxarıldı

Məşhur müğənninin gömrükçü qardaşı işdən çıxarıldı

Məşhur vokal ifaçısı, müğənni Lətifə Soyuözün yüksək vəzifədə işləyən qardaşı işdən çıxarılıb.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Səttar Fətəliyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub.

Qeyd edək ki, polkovnik Səttar Fətəliyevin anası da uzun illər Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışıb və hazırda təqaüddədir.