Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

NOCOMMENT.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Spiker bildirib ki, noyabrın 30-da Xızı rayon ərazisində təlim uçuşu zamanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb: “Nəticədə, 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu yaralanıb”. Spikerin təklifi ilə deputatlar həlak olan hərbi qulluqçuları bir dəqiqəlik sükutla yad edib.

Daha sonra spiker hadisə zamanı yaralanan hərbi qulluqçulara sağlamlıq arzulayıb.