Bu gün Goranboyda minaya düşən şəxsin ayağı amputasiya olunub.
NOCOMMENT.az xəbər verir ki, minaya düşən 1972-ci il təvəllüdlü Tapqaraqoyunlu kənd sakini Qarayev Şahin Qədir oğlu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Onun sol ayağı diz nayihəsindən aşağı amputasiya olunub.
Hazırda xəstəxana şəraitində müalicəsi davam edir.
unikal.org












