Mingəçevirdə avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.
99-OS-865 dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilin sürücüsü Vidadi Şükürlünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alaraq Mingəçevir şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.












