Ermənistanın XİN başçısı Ararat Mirzoyan İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Mirzoyan özünün tviter hesabında paylaşım edib.
“İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, – deyə o qeyd edib.











