Nazir icra başçısının polkovnik oğlunu işdən çıxardı

Nazir icra başçısının polkovnik oğlunu işdən çıxardı

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəis müavinini vəzifəsindən azad edib.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.

Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.