Nazir özünə yeni müşavir təyin etdi

Nazir özünə yeni müşavir təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

NOCOMMENT-in oxu.az-a istinadən məlumatına görə, bu barədə nazir Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib. O, nazirin müşaviri təyin olunub.

ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib: “Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.