Nazir polis kapitanına yeni vəzifə verdi

Nazir polis kapitanına yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis kapitanı Bəhmənli Gündüz Akif oğlu Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis vəzifəsinə təyin edilib.