Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, tədbir zamanı sərgilənən slaydda bəzi orfoqrafik xətalara yol verilib.
Belə ki, birinci cümlədə “səviyyələrini” sözü “səviyyələtinə”, həmin cümlədə “tövsiyə” sözü “tövsiyyə”, ikinci bənddə “şagirdlərlə” sözü “şagirdlər”, beşinci bənddə “valideyn” sözü “valideyin”, altıncı bənddə “saxlanılması” sözü “saxlanması”, yeddinci bənddə “psixoloqa” sözü “pisxoloqa” şəklində yazılıb.
Qeyd edək ki, slayd nazirliyin saytından yığışdırılsa da, sosial şəbəkələrdə xeyli paylaşılıb və müzakirələrə səbəb olub.













