Oğuz rayonunun dağlıq ərazidəki Baş Daşağıl kəndində məişət tullantıları ilə bağlı çətinliklər yaranıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qeyd olunan problem Baş Daşağıl kəndinin girişindən keçən eyni adlı çayın kənarında daha qabarıq müşahidə edilir.
Kənd sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, həmin ərazidə nəzarətsiz atılan məişət tullantıları ilə yanaşı, ölmüş ev heyvanlarının cəsədlərinə də rast gəlmək mümkündür. Bu isə antisanitariya təhlükəsizi artırır.
Sakinlərinin sözlərinə görə, ümumiyyətlə, kənddə indiyə qədər nə zibil qabları olub, nə də zibilin atılması üçün konkret yer müəyyən yer ayrılıb. Bu səbəbdən də sakinlər məişət tullantılarını kəndin kənarındakı çay kənarına atmaq məcburiyyətində qalır.
Ərazinin zibillənməsi oranı həm də sahibsiz itlərin məskəninə çevirib. Sakinlər bildiriblər ki, problemin həlli üçün kənd bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb.
Baş Daşağıl kənd bələdiyyəsinin sədri Maarif Şirinov isə “Report”un yerli bürosuna açıqlamasında ərazinin çirklənməsinə görə kənd sakinlərini günahlandırıb:












