Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) NOCOMMENT-ə verilən məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.