Pənah Hüseyn canlı efirdəki davadan danışdı

Pənah Hüseyn canlı efirdəki davadan danışdı

Xəbər verdiyimiz kimi, ötən gün Rauf Arifoğlunun təqdimatında “Müsavat TV”də yayımlanan “Dərin Təhlil” verilişində dava olub.

Belə ki, keçmiş baş nazir Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə baş verib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Pənah Hüseyn “Musavat TV”yə baş verən davadan danışıb.

O bildirib ki, belə şeylər olur, amma olmasa yaxşıdır: “Hövsələsizlik oldu. Hesab etmirəm ki, mən haqlı idim. Mən baxdım ki, görəsən, məni hövsələdən çıxaran nə olub? Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri) Türkiyəyə 32 dəfə, amma 1 dəfə Moskvaya getməsi replikasından başladı, məncə. Bundan əvvəl də, yəqin, hansısa momentlər olub, məndə yığılıb qalıb”.