Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 054 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 259, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 654-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 503 634, birinci doza peyvəndlərin ümumi sayı 5 328 019, ikinci doza vaksinlərin sayı 4 829 162 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 115 333, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 231 120 olub.











