Polşa-Ukrayna sərhədində GİZLİ GÖRÜŞ

Polşa-Ukrayna sərhədində GİZLİ GÖRÜŞ

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Polşa-Ukrayna sərhədində NATO generalları ilə gizli danışıqlarda iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, bu faktı Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.

“Bu, gizli görüş idi. Ümumiyyətlə, Zalujnı müdafiə nazirliklərinin nümayəndələri və tərəfdaşlarımızın baş qərargahları ilə demək olar ki, hər gün fəal əlaqə saxlayır”, – Podolyak “Rada” telekanalında deyib.

O qeyd edib ki, Kiyev hər zaman ordunun taktikasına və cəbhədəki strategiyalarına düzəlişlər etməli, həmçinin tərəfdaşlarından Ukraynanın əlavə uzaqmənzilli raketlər, zirehli texnika və hava hücumundan müdafiə vasitələrinin tədarükünə ümid etməyə davam edə biləcəyini öyrənməlidir.

Podolyak əlavə edib ki, Zalujnı ən çox ABŞ və Britaniya ilə danışıqlar aparır:

“Çünki onlar cəbhədə baş verənləri başqalarından daha yaxşı bilir və başa düşürlər”.

Bundan əvvəl “The Guardian” yazıb ki, Zalujni Britaniyanın Müdafiə Nazirlyinin baş qərargah rəisi Entoni Radakinlə gizli görüşüb.
publika.az