Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko oğlu Aleksandrın Azərbaycan milli komandasına keçidi ilə bağlı sensasion açıqlamalar verib. O, övladının bu addımını Rusiyada idmançıların inkişafının dayanması və ona qarşı olan qərəzli münasibətlə əlaqələndirib.
NOCOMMENT.az xəbər verir ki, Plyuşenko Rusiyadakı mövcud idman mühitini kəskin tənqid edib: "Rusiyada idmançılarımızın deqradasiyası gedir. Oğlumun beynəlxalq arenaya çıxması, yarışması lazımdır. Düzünü desək, burada onu heç kim istəmirdi. Hamı deyirdi ki, o, bizim idmançılara çata bilməz. Əgər o, Aleksandr Plyuşenko deyil, sadə bir idmançı olsaydı, heç kim onun üzərində bu qədər dayanmazdı".
Xatırladaq ki, 13 yaşlı Aleksandr Plyuşenko 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb və artıq beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək üçün rəsmi icazəni əldə edib.
Tunar,











