Bakıdan gələn kəskin reaksiyadan sonra geri addım atıldı - İsrail bu prosesi dayandırdı

Bakıdan gələn kəskin reaksiyadan sonra geri addım atıldı - İsrail bu prosesi dayandırdı

İsrail hökuməti 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb. Yunanıstanın "ProtoThema" nəşrinin məlumatına görə, bu qərarın əsas səbəbi İsrailin strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin pisləşməsi riskidir.

NOCOMMENT.az xəbər verir ki, iyunun sonunda İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qətnaməni təsdiqləmişdi. Bu addım rəsmi Bakı tərəfindən dərhal və kəskin şəkildə pislənib. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, bu qərarın tarixi faktların təhrif olunması olduğunu və regionda sülh səylərinə zərər vurduğunu vurğulayıb. Bakı İsrail hökumətini bu qərara yenidən baxmağa çağırıb.

Analitiklər qeyd edirlər ki, İsrailin bu gedişi əsasən Türkiyə ilə münasibətlərdəki gərginlik fonunda bir siyasi jest kimi qiymətləndirilsə də, Azərbaycanın mövqeyi və Bakı-Tel-Əviv arasındakı yüksək səviyyəli strateji tərəfdaşlıq İsrail rəhbərliyini addımlarını yenidən dəyərləndirməyə vadar edib. Sənədin hüquqi qüvvəyə minməsi üçün Knessetin də təsdiqi tələb olunurdu, lakin Azərbaycanın prinsipial və sərt reaksiyasından sonra məsələnin dondurulduğu müşahidə olunur.

Tunar,

NOCOMMENT.az