Prokuror Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
NOCOMMENT xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi aprelin 27-ə təyin edilib.











