Qaz xəttinə müdaxiləni qonşusu etdi, cərimə ona YAZILDI – VİDEO

Qaz xəttinə müdaxiləni qonşusu etdi, cərimə ona YAZILDI – VİDEO

Qaz xəttinə müdaxiləni qonşusu etsədə, cərimə başqasına yazılıb…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki,paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan Ruslan Zərbiyev iddia edir ki, qonşusunun etdiyi qanunsuz əməlin cəzasını o çəkir.

Problemin aradan qaldırılması üçün hətta məhkəmədə də onun lehinə qərar çıxardıb.

Lakin Ruslan Zərbiyev sonradan yenə cərimə edilib.

O qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar qonşusuna dəfələrlə irad bildirsə də heç bir nəticəsi olmayıb. Azəriqaz İB-nə müraciət etdikdə isə ona yenidən məhkəməyə üz tutması tövsiyyə olunub.

Suallarımıza cavab tapmaq üçün Ruslan Zərbiyevin qonşusunun özündən məlumat almağa çalışsaq da, üzümüzə qapı açan olmadı.

Lakin sakinlər iddia etdilər ki, həmin şəxsin işıq sayğacı da yoxdur.

Hüquqşünas Şamil Paşayev deyir ki, məsələnin hüquqi tərəfi məhkəmə yolu ilə tənzimlənməlidir.

Məsələnin əslini öyrənmək üçün Azəriqaz İB-nə sorğu göndərdik. Lakin suallarımız cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.