Ağır yaralanan daha 6 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan NOCOMMENT-ə verilən məlumata görə, bu dəfə müalicəyə göndərilən qazilərimiz Zöhrablı Təbriz Atamoğlan oğlu, Əliyev Heydər Zakir oğlu, Rəhimov Rəşad Surxay oğlu, Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu və Mabudlu Şaban Baloğlan oğludur.
YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, fond tərəfindən bu günə qədər 150 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.












