Qobustanda insan sümükləri aşkarlanıb

Qobustanda insan sümükləri aşkarlanıb

Noyabrın 19-da saat 10 radələrində Qobustan rayonu Dərəkənd kəndi ərazisində insan skeleti sümüklərinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qobustan rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və insan skeleti sümüklərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.