Qusarda küçə və yolların təmiri 1,1 milyona başa gələcək

Qusarda küçə və yolların təmiri 1,1 milyona başa gələcək

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satin alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, tender iyulun 24-dək davam edəcək.

Küçə və yolların əsaslı təmirinə 1 173 774,32 manat xərclənəcəyi proqnozlaşdırılır.\\Valyuta.az