Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib.
NOCOMMENT.az xəbər verir ki, məlumatı Modern.az saytına açıqlamasında AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev təsdiqləyib.
“Bəli, xəbər düzdür, Ramiz müəllim istefa verib”,- Rasim Əliquliyev bildirib.












