“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan bəzi sənədlər araşdırılıb.
Qeyd edək ki, bu gün keçirilən prosesə auditor Səftar Vəlizadə və “Baku steel Company”də Rasim Məmmədovun birinci müavini işləmiş Çingiz Həsənov dəvət edilsələr də, onlar prosesə gəlməyiblər.
Növbəti proses oktyabrın 14-də davam edəcək.











