Rusiya: ABŞ Ukraynaya kaset bombası verərək öldürülən uşaqlara görə məsuliyyət daşıyacaq

Rusiya: ABŞ Ukraynaya kaset bombası verərək öldürülən uşaqlara görə məsuliyyət daşıyacaq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaxın Şərqdəki təcrübələrin kasetli sursatların hətta münaqişə bitdikdən sonra da partlaya biləcəyini göstərdiyini bildirərək, Ukraynaya veriləcək bu bombalarla ölənlərin, o cümlədən ukraynalı və rus uşaqlarının məsuliyyətini ABŞ-nin daşıyacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Zaxarova ABŞ-ın Ukraynaya kasset bombası göndərmə qərarı ilə bağlı yazılı açıqlama verib.

ABŞ prezidenti Co Baydenin bu qərarı ilə “Ukraynadakı qarşıdurmanı son Ukraynalıya qədər uzatmağı hədəflədiyini” iddia edən Zaxarova, ABŞ-NATO silah sistemlərinin Ukraynaya çatdırılması zamanı hər dəfə mülki şəxslərin risk altında olacağını irəli sürüb.

NOCOMMENT.AZ