Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 234 480 (+440) nəfər canlı qüvvəsi, 4085 (+7) tank, 7966 (+2) ədəd zirehli döyüş maşını, 4371 (+5) ədəd artileriya sistemi, 668 reaktiv yaylım atəşi sistemi, 414 (+1) hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 309 helikopter, 3686 (+1) PUA, 1271 qanadlı raket, 18 gəmi, 6937 (+8) avtomobil texnikası və avtosistern, 632 (+4) xüsusi texnikası məhv edilib.
NOCOMMENT












