Sabah bu şəhərdə su kəsiləcək

Sabah bu şəhərdə su kəsiləcək

Sabah təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərində 10 min kubmetr tutumlu mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

“Azərsu” ASC-dən NOCOMMENT-ə verilən məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.