Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
NOCOMMENT.az Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.












