Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Qaragüney kəndində qeydə alınıb. Belə ki, şəxsiyyəti hələ məlum olmayan piyada yolu keçərkən avtomobil onu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.










