Mebel istehsalı və satışı ilə məşğul olan “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,Sultanov Zahir Tahir oğlu QSC rəhbərliyindən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
İş hakim Elşən Kazımovun icraatındadır.
Qeyd edək ki, “Qardaşlar Mebel”in təsisçisi sahibkar Əli Mirzəyevdir. Şirkətin qanuni təmsilçisi qardaşı Mirzəyev Hüseyn Məmməd oğludur.












